525.Az

Vətən müharibəsinin iştirakçıları Adana valiliyində olublar


 

Vətən müharibəsinin iştirakçıları Adana valiliyində olublar<b style="color:red"></b>

Vətən müharibəsi iştirakçılarının bir qrupunun Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə qardaş ölkəyə səfəri davam edir.

525. az xəbər verir ki, Vətən müharibəsinin iştirakçıları səfər çərçivəsində Adana valiliyində olublar.

Azərbaycanlı qazilərlə görüşündən məmnunluğunu ifadə edən Adana valisi Yavuz Selim Köşger xatırladıb ki, İkinci Qarabağ müharibəsində Azərbaycana ilk dəstək göstərənlərdən biri də Adana şəhəri idi. Azərbaycanın Qələbəsindən sonra Türk dünyasına güvənin daha da artdığını qeyd edən vali ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin onları da sevindirdiyini vurğulayıb.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Vətən müharibəsi dövründə qardaş Türkiyənin mənəvi dəstəyinin xalqımız Azərbaycan dövləti və xalqı üçün əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan və Türkiyə ən çətin anlarda daim bir-birinin yanında olub. Çanaqqala və Qurtuluş savaşlarında ata-babalarımızın çiyin-çiyinə döyüşdüklərini diqqətə çatdıran Emin Həsənli Azərbaycanın bir sıra şəhər və rayonlarında “Türk şəhidliyi” abidələrinin olduğunu qeyd edib. O deyib ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət də Türkiyədir. Son illərdə Türkiyənin bütün dünyada nüfuzu artmaqdadır. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyə son 20 il ərzində böyük inkişaf yolu keçib. Hazırda Türkiyə beynəlxalq müstəvidə vasitəçi dövlət kimi qəbul edilir. Türkiyə Qarabağda, Yaxın Şərqdə baş verən hadisələrdə, Rusiya- Ukrayna müharibəsində əsas vasitəçilərdən biridir və bu problemlərin həllində töhfə verməyə səy göstərir.

 





05.01.2024    çap et  çap et