525.Az

Qazaxıstan iki böyük qaz yatağının istismara verilməsini planlaşdırır


 

Qazaxıstan iki böyük qaz yatağının istismara verilməsini planlaşdırır<b style="color:red"></b>

Qazaxıstanın milli neft-qaz şirkəti “KazMunayQaz” 2027-ci ilə qədər “Qərbi Prorva” və “Kalamkas” qaz yataqlarını istismara vermək niyyətindədir, bu yataqlardan ildə 1,1 milyard kubmetr "mavi yanacaq" hasil ediləcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Məlumata görə, bununla bağlı beynəlxalq şirkətlərlə birlikdə ümumilikdə 12 perspektivli geoloji kəşfiyyat layihəsi hazırlanır.

Bundan əlavə, Qazaxıstan şirkəti yaxın 3-4 il ərzində “Mərkəzi Uriktau” qaz yatağını istismara verməyi planlaşdırır. Bu yataqdan isə illik hasilat təxminən 1 milyard kubmetr təşkil edəcək.

Ötən il şirkət “Aksay Cənub”, “Şərqi Uriktau” və “Rojkovskoye” yataqlarının istismarına başlayıb. Yeni strategiyaya görə, “Tengiz”, “Karaçaqanak” və “Kaşaqan” kimi iri layihələr istisna olmaqla, 2030-cu ilə qədər digər yatarlardan illik hasilat 6,7 milyard kubmetrə çatdırılacaq.

 





05.01.2024    çap et  çap et