525.Az

İsmayıllıda qəza baş verib, xəsarət alanlar var


 

İsmayıllıda qəza baş verib, xəsarət alanlar var<b style="color:red"></b>

İsmayıllıda ağır avtomobil qəzası baş verib.

525.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qurbanəfəndi kəndində qeydə alınıb. Hyunday markalı avtomobilin idarəetməni itirərək ağaca çırpılması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza zamanı Qurbanəfəndi kənd sakini - 1966-ci il təvəllüdlü Alışanova Nəcibə Eldar qızı, 1959-cu il təvəllüdlü Osmanov Eldar Sadiq oğlu, 2002-ci il təvəllüdlü Alışanov Amil Fizuli oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 





05.01.2024    çap et  çap et