525.Az

Politoloq: Daniella Aşbaxyan Livanın ABŞ-dəkı səfirliyində işləyə-işləyə Azərbaycan əleyhinə hesabat yazır


 

Politoloq: Daniella Aşbaxyan Livanın ABŞ-dəkı səfirliyində işləyə-işləyə Azərbaycan əleyhinə hesabat yazır<b style="color:red"></b>

Azərbaycana qarşı növbəti qərəz. Daniella Aşbaxyan Livanın ABŞ-dəkı səfirliyində işləyə-işləyə o böyüklüyündə idarə üçün hesabatlar yazır. Azərbaycanla bağlı tamamilə qərəz, şər, böhtan. Aşbaxyan erməniləri mətnə salaraq tayfa şüurunu bir daha göstərib.

525.az APA-ya istinadən xəbər verir ki, bunu politoloq Zaur Məmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycan milyondan çox qaçqın və məcburi köçkünlərlə bağlı susqunluq nümayiş etdirən heç bir sənədi ciddi və diqqət ediləsi hesab etmir:

“Qarabağdakı ermənilər, Qarabağdakı azərbaycanlılar və Qərbi azərbaycanlılar mövzusunda ədalətlilik qorunmalıdır. Yeri gəlmişkən, dini azadlıqlar altında Yaxın Şərqdə və əksər müsəlman ölkələrində baş verənlər bir daha göstərir ki, Qərbdəki bəzi dairələrin məqsədi klerikal - dini silahlı qrupları yaratmaq və siyasi sistemdə onların çəkisini artırmaqdır. Livanda, Suriyada, İraqda, Yəməndə, Misirdə, Liviyada, Əfqanıstanda və sair ölkələrdə baş verənlər buna bir misaldır. Qərbdə yaxşı başa düşürlər ki, islam dünyasında daxili siyasətdə dini çağırışlarla hakimiyyət çevrilişləri etmək və ya siyasi hakimiyyətə təsir etmək daha asanddır. Azərbaycanda dini azadlıqlar qorunur, hər kəs sərbəstdir. Bunu uşaqdan-böyüyə kimi hər kəs bilir. Ancaq əgər kimsə din pərdəsi altında İranın, Səudiyyə Ərəbistanının və s. ölkələrin buradakı agentinə çevrilirsə, təbii ki, onlara qarşı tədbirlər görülür. İndi nədir Dövlət Departamentini narahat edən? Çünki son illərin statistikasında müəyyən ölkələrə məxsus cəsus şəbəkəsinin ifşası baş tutub. Məgər ABŞ həmin ölkə ilə "düşmən" deyil? Məgər həmin dövlətdə dini hakimiyyətin dünyavi hakimiyyətlə əvəzlənməsi üçün bir neçə il əvvəl iğtişaşlar yaradılmamışdı?”

Politoloq deyib ki, hesabatda Azərbaycan, həm də, siyasi məhbuslar məsələsinə görə günahlandırılır:

“Əgər söhbət real siyasi məhbus siyahısından gedirsə, o zaman niyə Paşinyanın həbs etdiyi generalların və siyasi partiya fəallarının taleyi mövzusuna toxunulmur? Və ya niyə körfəz monarxiyaları ilə bağlı susulur? Siyahını uzatmaq asanddır. Azərbaycan istər media, istər QHT, istər dini-siyasi sahədə xarici agentlərin ifşasını necə indiyə qədər davam etdirib, bundan sonra da davam etdirəcək və heç bir siyahı bu qərarlara təsir etməyəcək. Azərbaycan hakimiyyətinin torpaqları işğaldan azad etməsi və imperiya qurmaq iddiasında olan regional aktorlara duruş gətirməsinin səbəblərindən biri də ideoloji siyasətin düzgün qurulması və aparılmasıdır. Bu, dövlətin sütunudur və sütuna xətər yetirməyə imkan verilməyəcək, əks təqdirdə, sərhədlərimiz, varlığımız zərbə altında qalar”.

 





05.01.2024    çap et  çap et