525.Az

Tanınmış qarmon ifaçısı vəfat edib


 

Tanınmış qarmon ifaçısı vəfat edib<b style="color:red"></b>

Tanınmış qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü vəfat edib.

525.az xəbər verir ki, bu barədə Hacı Nuran instaqram hesabında paylaşım edib. 

Qeyd edək ki, tanınmış qarmon ifaçısı uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Onun yaradıcılıq dövrü ərzində “Aytac”, “Rusif”, “Ləman” və “İnanmaram”  adlı 4 albomu işıq üzü görüb. 7 mart 2009-cu il Azərbaycan Respublikasında mədəniyyət sahəsində xidmətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.

 





05.01.2024    çap et  çap et