525.Az

Ağdərədə silah-sursat tapılıb


 

Ağdərədə silah-sursat tapılıb<b style="color:red"></b>

Ağdərə şəhərində silah-sursat aşkarlanıb.

525.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağdərə şəhəri ərazisində 1 ədəd “F-1” qumbarası, 919 ədəd avtomat patronu, 9 ədəd patron darağı və 1 ədəd süngü bıçaq tapılıb.

 





06.01.2024    çap et  çap et