525.Az

Azərbaycan XİN Yaponiyaya başsağlığı verib


 

Azərbaycan XİN Yaponiyaya başsağlığı verib<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyi Yaponiyaya başsağlığı verib.

525.az-ın xəbərinə görə, başsağlığı mətni nazirliyin "X" hesabında paylaşılıb.

“Yaponiyanın Noto yarımadasında baş verən zəlzələ nəticəsində qeydə alınan insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, Yaponiyada yanvarın 1-dən etibarən silsilə zəlzələlər qeydə alınır. Yaponiyanın rəsmi qurumlarının yaydığı son məlumata əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayı 126-ya çatıb, azı 516 nəfər isə yaralanıb.

 





06.01.2024    çap et  çap et