525.Az

"Tesla" Çində satdığı 1,6 milyon elektromobilini geri çağırdı


 

"Tesla" Çində satdığı 1,6 milyon elektromobilini geri çağırdı<b style="color:red"></b>

Amerikanın elektrikli avtomobil istehsalçısı "Tesla" avtomatik sükan funksiyasında yaranan problemə görə Çində satılan 1,6 milyon elektrik avtomobilini geri çağırıb.

525.az xarici mediaya əsasən xəbər verir ki, Çinin Dövlət Bazar Tənzimləmə Administrasiyasının verdiyi açıqlamaya görə, avtomatik sükan funksiyası işə salındıqda sürücülərin əl ilə idarəetmə ilə birlikdə ondan istifadə edərək sükan idarəetməsində xətalara səbəb olduğu bildirilib.

Şirkət qəzalara səbəb ola biləcək problemi aradan qaldırmaq üçün xaricdən gətirilən 1,6 milyon “Model X”, “Model S”, “Model 3” və “Model Y” elektrik avtomobillərini geri çağırıb.

Bildirilib ki, "Tesla"nın Pekin və Şanxaydakı mərkəzlərindən proqram yeniləmələri vasitəsilə uzaqdan düzəlişlər edilə bilər.

Malik Atilay

 





07.01.2024    çap et  çap et