525.Az

İlyas Əfəndiyevin pyesi London teatrında


 

İlyas Əfəndiyevin pyesi London teatrında<b style="color:red"></b>

İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesi ilk dəfə olaraq Londonda səhnəyə qoyulur.

525.az-ın Lent.az-a istinadən məlumatına görə, “Aloff” teatrı tərəfindən hazırlanan pyesi ingilis dilinə teatrın rəhbəri Sənan Əliyev tərcümə edib. Tamaşanın rejissoru isə Filiz Ozcandır.
 
Yerli aktyorlar tərəfindən canlandırılacaq tamaşa 9-27 sentyabr tarixlərində “Lost Theatre”-də nümayiş etdiriləcək.
 
Hazırda repitisiyalar keçən aktyor heyəti məşqlərini Londondakı Azərbaycan Evi mədəniyyət mərkəzində davam etdirir.

 





06.09.2014    çap et  çap et