525.Az

Bratislavada siqaret kötüklərindən yol çəkiləcək


 

Bratislavada siqaret kötüklərindən yol çəkiləcək<b style="color:red"></b>

Slovakiyanın paytaxtı Bratislavada bələdiyyə siqaret kötüklərini təkrar emal etməklə yeni yol çəkməyi planlaşdırır.

525.az xarici mediaya əsasən xəbər verir ki, bələdiyyə tərəfindən idarə olunan tullantıların idarə edilməsi şirkəti OLO Milad dövründə 2024-cü il üçün yeni yol planını açıqlayıb və Milad bazarlarında siqaret kötükləri və elektron siqaret filtrlərinin atılması üçün xüsusi qutular yerləşdirib.

OLO-dan verilən açıqlamada, 2024-cü il ərzində bütün ictimai tədbirlərdə belə qutuların quraşdırılacağı bildirilib.

OLO-nun direktoru Martina Çeçova mövzu ilə bağlı verdiyi açıqlamada: “Bir festivalda iştirak edən, qaçan və ya bazara gedənlər qutuya zibil atsalar, nəinki daha təmiz bir ətraf mühitə töhfə verəcəklər, həm də bunun təkrar emalını təmin edəcəklər", - deyib.

Layihə çərçivəsində siqaret kötüklərinin xüsusi lifə çevrilməsi və asfalt məhlulu ilə qarışdırılması nəzərdə tutulub.

Oxşar layihə daha əvvəl Slovakiyada həyata keçirilib və ölkənin daxili hissəsindəki Žiar nad Hronom bölgəsində siqaret kötükləri ilə çəkilən yol ilk dəfə olaraq qeydə alınıb.

Malik Atilay

 





08.01.2024    çap et  çap et