525.Az

Rusiya bu il 7 qitələrarası ballistik raket buraxmağı planlaşdırır


 

Rusiya bu il 7 qitələrarası ballistik raket buraxmağı planlaşdırır<b style="color:red"></b>

Rusiya Müdafiə Nazirliyi Strateji Raket Qüvvələrinin bu il 7 qitələrarası ballistik raket buraxmağı planlaşdırdığını bildirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin Rusiya Strateji Raket Qüvvələrinin fəaliyyətləri ilə bağlı verdiyi açıqlamaya görə, Rusiya ordusunun raket sistemlərinin uçuşu və idarəetmə təlimləri çərçivəsində son 5 ildə 20-dən çox qitələrarası ballistik raket buraxılıb.

Açıqlamada: "Strateji Raket Qüvvələri 2024-cü ildə 7 qitələrarası ballistik raket atmağı planlaşdırır", - deyilib.

Qeyd edək ki, Rusiya Strateji Raket Qüvvələri ordunun strateji nüvə qüvvələrinin əsas komponenti kimi tanınır.

Malik Atilay

 





08.01.2024    çap et  çap et