525.Az

AYNA: “Qırmızı Körpü” gömrük postunda 60 yük maşını gözləyir"


 

AYNA: “Qırmızı Körpü” gömrük postunda 60 yük maşını gözləyir"<b style="color:red"></b>

Son bir ayda sıxlıq müşahidə edilən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 65 yük maşını gözləyir.

Bu barədə 525.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, hazırda ölkənin sərhəd-keçid məntəqələrində 176 ədəd yük maşını gözləyir: “Samur” gömrük postunda 45, “Biləsuvar” gömrük postunda 38, “Mazımqara” gömrük postunda 16, "Astara" gömrük postunda 7 və “Xanoba” gömrük postunda 5 yük maşını var.

Xatırladaq ki, “Qırmızı Körpü” gömrük postunda ötən gün gözləmədə yük maşını olmayıb.

 





08.01.2024    çap et  çap et