525.Az

Qaxda ağır qəza: ölən var


 

Qaxda ağır qəza: ölən var<b style="color:red"></b> Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
 
525.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də saat 16.00 radələrində Qax rayonunun Əmbərçay kəndində Bakı şəhər sakini Rauf Allahverdiyevin idarə etdiyi “Rexton” və Qəbələ rayon sakini Şirvan Şirinovun idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub.
 
Ş. Şirinov hadisə yerində ölüb, sərnişini - Sahib Zeynalov, habelə R. Allahverdiyev və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
 
Qax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 





06.09.2014    çap et  çap et