525.Az

FƏXRİYYƏ - Teymur Kərimlidən poetik nümunə


 

FƏXRİYYƏ - <b style="color:red"> Teymur Kərimlidən poetik nümunə</b>

FƏXRİYYƏ

 

Kükrəyən bir sel kimi bəndi aşırdıb daşmışıq,

Qəhrəmanlartək ölümlə "vur-vurum" oynaşmışıq.

 

Biz şəri taxtdan düşürdüb küllüyə göndərmişik,

Harda bir parlaq xeyir varsa, gedib dostlaşmışıq.

 

Bilmişik, haqqın yolu ancaq "Dəmir Yumruq"dadır!

Rəhbərin ardınca biz elliklə "Yumruq"laşmışıq.

 

Biz Vətən uğrunda can vermək işində mahirik,

Dövlət ilə, millət ilə, xalq ilə çulğaşmışıq.

 

Biz vətəndaş adını tutduq hər addan çox uca,

Xidmət üçün ölkəyə, torpaqlaşıb daşlaşmışıq.

 

Can Şuşa eşqilə dağtək həm qabarmış sinəmiz,

Sarp divartək daşlara "Yallah!" deyib dırmaşmışıq.

 

Kimsə dünyada bizə, Teymur, bata bilməz daha!

Çünki Qalib Liderin ətrafına toplaşmışıq!

 

06.01.2024

 





09.01.2024    çap et  çap et