525.Az

Fransanın Azərbaycandakı səfirliyinin müşaviri vəfat edib


 

Fransanın Azərbaycandakı səfirliyinin müşaviri vəfat edib<b style="color:red"></b>

Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət işləri üzrə müşaviri Üq Baltzanje noyabrın 3-dən 4-nə keçən gecə  vəfat edib.

Səfirlikdən 525.az-a verilən məlumata görə, bununla bağlı Fransanın Azərbaycandakı səfiri, səfirliyin əməkdaşları, Azərbaycandakı Fransız İnstitutunun əməkdaşları birgə nekroloq yayıblar. Siyasi Elmlər İnstitutu və Parisin Şərq dilləri və Mədəniyyətləri üzrə Dövlət İnstitutunun məzunu olan Üq Baltzanje Türkmənistanda, Özbəkistanda, 2002-2006 illərdə Azərbaycanda mədəniyyət üzrə attaşe, 15 noyabr 2008-ci ildə yenidən Azərbaycanda müşavir vəzifəsində çalışıb.

O, noyabrın 8-də Fransanın Metz səhərinin Longeville les Metz qəsəbəsində dəfn ediləcək. Mərhum müşavirin xatirəsini yad etmək üçün noyabrın 10-da Bakının Roma katolik kilsəsində vida mərasimi təşkil olunacaq.

 





07.11.2012    çap et  çap et