525.Az

İsrail səfirliyi Azərbaycana başsağlığı verib


 

İsrail səfirliyi Azərbaycana başsağlığı verib<b style="color:red"></b>

İsrailin Azərbaycandakı səfirliyi Azərbaycana başsağlığı verib.

525.az xəbər verir ki, bu barədə səfir "X"də yazıb.

"Respublika Perinatal Mərkəzində 4 dəyərli körpənin həyatına son qoyan dəhşətli yanğın xəbəri bizi çox kədərləndirdi. Bu ağır gündə düşüncələrimiz Azərbaycan xalqının yanındadır və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!",-bildirilib.

Qeyd edək ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib.

 





09.01.2024    çap et  çap et