525.Az

Perinatal Mərkəzdə yanğından sonra 60 körpə təxliyə edilib, vəziyyətləri stabildir


 

Perinatal Mərkəzdə yanğından sonra 60 körpə təxliyə edilib, vəziyyətləri stabildir<b style="color:red"></b>

Respublika Perinatal Mərkəzində yanğın hadisəsindən sonra TƏBİB tərəfindən dərhal təxliyəyə başlanılıb və 60 körpə təxliyə edilib.

525.az APA-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov deyib.

Onun sözlərinə görə, təxliyə olunanların vəziyyəti stabildir:

"Körpələr TƏBİB tabeliyindəki 6 tibb müəssisəsinə təxliyə olunub. Həmin körpələrin yanıq və tüstüdən boğulma diaqnozları yoxdur".

O qeyd edib ki, Respublika Perinatal Mərkəzi 3-cü səviyyəli doğum tibb müəssəsidir:

"Buradakı körpələr ya vaxtından əvvəl, ya da yanaşı patologiya ilə doğulanlardır. Təxliyə ilə bağlı hansısa ağırlaşma olmayıb".

 





09.01.2024    çap et  çap et