525.Az

Prezident seçkiləri ilə bağlı qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb


 

Prezident seçkiləri ilə bağlı qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb<b style="color:red"></b>

Bu günə qədər növbədənkənar Prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq və yerli müşahidəçilərin sayı məlum olub.

525.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, 8 beynəlxalq təşkilat və 21 ölkəni təmsil edən 78 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Sədr, həmçinin əlavə edib ki, MSK-da 242, dairə seçki komissiyalarında isə 14 281 yerli müşahidəçi qeydiyyatdan keçib.

Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

 





09.01.2024    çap et  çap et