525.Az

Lerikdə meşə sahəsində və Hirkan Milli Parkında yanğın olub


 

Lerikdə meşə sahəsində və Hirkan Milli Parkında yanğın olub<b style="color:red"></b>

Lerik rayonunun Gürdəsər kəndi yaxınlığında Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 9,8 ha və Hirkan Milli Parkının ərazisində 0,2 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

525.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri mürəkkəb relyef şəraitində əsasən əl əməyindən istifadə edərək yanğını söndürüblər. Ətraf ərazilər yanğından mühafizə olunub.

 





09.01.2024    çap et  çap et