525.Az

Ötən gün vətəndaşlardan 3 avtomat, 4 qumbara, 19 tüfəng götürülüb


 

Ötən gün vətəndaşlardan 3 avtomat, 4 qumbara, 19 tüfəng götürülüb<b style="color:red"></b>

Polis əməkdaşları ötən gün paytaxt Bakıda və ölkənin ayrı-ayrı rayonlarında vətəndaşlardan 3 avtomat, 4 qumbara, 19 tüfəng götürüb.

525.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bundan başqa vətəndaşlarda 3 alışdırıcı, 2 patron darağı və 715 ədəd müxtəlif çaplı patron aşkarlanıb.

Həmçinin, yanvarın 9-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 8 ədəd qumbara, 2 alışdırıcı, 10 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 103 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

 





10.01.2024    çap et  çap et