525.Az

İmişlidə qanunsuz tikili sökülüb - VİDEO


 

İmişlidə qanunsuz tikili sökülüb - <b style="color:red"> VİDEO</b>

İmişli rayonunun Xubyarlı kəndi ərazisində su fonduna aid torpaq sahəsində fiziki şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

525.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

 

 





10.01.2024    çap et  çap et