525.Az

Qəbələdə avtomobil ağaca çırpılıb - xəsarət alan var


 

Qəbələdə avtomobil ağaca çırpılıb - <b style="color:red"> xəsarət alan var</b>

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. FHN-nin Şimal Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

525.az-a FHN-dən verilən xəbərə görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВАЗ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 





10.01.2024    çap et  çap et