525.Az

Ölkə üzrə qeydiyyatdan keçmiş domenlərin sayı 22 min 760-a çatıb


 

Ölkə üzrə qeydiyyatdan keçmiş domenlərin sayı 22 min 760-a çatıb<b style="color:red"></b>

Milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 22 min 760-a çatıb.

525.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2014-cü ilin əvvəlindən 5607 domen qeydiyyatdan keçirilib, 3678-i isə ləğv edilib. Qeydə alınan milli domen adlarının xalis artımı 1929-a bərabər olub.

Qeyd olunur ki, son üç ildə .az domen zonasında artım müşahidə olunur. Ötən il 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30 faiz artıb. Bu il isə domen sayının 40 faiz artımı proqnozlaşdırılır.

 





08.09.2014    çap et  çap et