525.Az

Hərbçilərimiz Neapola gedəcək


 

Hərbçilərimiz Neapola gedəcək<b style="color:red"></b> Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, sentyabrın 8-dən 12-dək Neapol şəhərində (İtaliya) Peşəkar çavuş kadrlarının hazırlığı mövzusunda seminar, 19-dək Tbilisi şəhərində (Gürcüstan) Daha geniş təhlükəsizlik mühitində müdafiənin idarə olunması kursu, sentyabrın 11-dən 28-dək isə Lvov şəhərində (Ukrayna) Rapid Trident-2014 komanda-qərargah təlimi keçiriləcək.
 
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin iştirakı da nəzərdə tutulub.
 





08.09.2014    çap et  çap et