525.Az

Ötən gün vətəndaşlardan 12 silah götürülüb


 

Ötən gün vətəndaşlardan 12 silah götürülüb<b style="color:red"></b>

Polis əməkdaşları ötən gün vətəndaşlardan 2 avtomat, 2, tapança, 8 tüfəng götürüb.

525.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat silahı, 2 ədəd tapança, 8 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 63 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Ötən gün polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd pulemyot, 4 ədəd avtomat silahı, 1 ədəd tapança, 21 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 81 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

 





12.01.2024    çap et  çap et