525.Az

Xankəndidə 13 avtomat, 4 tapança, 27 qumbara aşkarlanıb


 

Xankəndidə 13 avtomat, 4 tapança, 27 qumbara aşkarlanıb<b style="color:red"></b>

Yanvarın 11-də Xankəndi şəhərində 13 ədəd müxtəlif markalı avtomat silahı, 4 ədəd tapança, 27 ədəd qumbara aşkarlanıb.

525.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bundan başqa 20 ədəd qumbara alışdırıcısı, 7 ədəd müxtəlif markalı tüfəng, 83 ədəd patron darağı, 3663 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

 





12.01.2024    çap et  çap et