525.Az

Sevgiylə yaşayıb sevgiylə ölmək


 

Sevgiylə yaşayıb sevgiylə ölmək<b style="color:red"></b>

Çeşidli ədəbi-bədii, publisistik yazıların müəllif olması bir yana, mənim gözəl insan kimi tanıdığım Tofiq müəllimTofiq Abdin haqqında neçə vaxtdan bəri yazmaq istəyirəm, amma nədən başlayım bilmirəm. Adətən deyirlər ki, yazını başlamaq həmişə çətin olur, gərək elə başlayasan ki, oxucunu elə birinci cümlədən cəlb eləyəsən son sözünə kimi onu maraq içində saxlayasan. Amma mən indi belə düşünsəm, yəqin ki, bu yazını heç vaxt yazıb tamamlaya bilməyəcəm. Bir , mən əslində, ürəyimi boşaltmaq istəyirəm, oxucular bəyənərlər, lap yaxşı, bəyənməzlər canları sağ olsun.

Dedim axı, Tofiq müəllim çox yaxşı insan idi. Ömür-gün yoldaşı, əziz Gülnaz xanım Tofiq müəllimin vəfatından sonra deyirdi ki, Tofiq mənə qarşı pis olsaydı, bəlkə hansısa pis hərəkətini xatırlayıb qarasına deyinərdim, onu unuda bilərdim, amma heç vaxt mənə qarşı pis olmadı. Ona görə Gülnaz xanım indi Tofiq müəllimin ölümünə inanmır, inanmaq istəmir.

Gülnaz xanımı anlaya bilmirəm. Daha doğrusu, anlamağa çalışıram, amma olmur; yəqin yaşım azdır ona görə, yəqin hələ həyatla uzaqdan tanışam ona görə. Doğma insanı itirmək nədir, bilmirəm. Ölümlə ən yaxın tanışlığım elə Tofiq müəllimlə başladı. gizlədim, kədərdən çox sevinc hissi keçirdim; həyatın mənasız olduğunu düşünürdüm deyə, sevinirdim ki, Tofiq müəllim canını qurtardı bu dünyadan. Sevinirdim ki, son nəfəsinəcən öz ayaqlarının üstündə dayandı, xəstə yatmadı, kiməsə möhtac olmadı. Fikirləşirdim ki, ömrünü sürüb, uşaqları, nəvələri var, arxasınca ağlıyası xanımı var, dostları, tanışları, onu sevən insanları var. Tofiq müəllimin hələ gözəl şeirləri nəsri var  bunları isə sonradan bildim. Amma sevincim vur-tut bir-iki gün çəkdi, sonra heyfslənməyə başladım.

Hər səhər redaksiyadakı otağında tək olduğumu görəndə zarafatla deyərdi ki, bir gün səni aparacaqlar. Görəndə ki, çantamı otaqda qoyub mətbəxtdə çay dəmləyirəm, gülüb deyirdi, səni aparmasalar da, çantanı aparacaqlar. Həmişə gənclərə dəstək olurdu, işləyin, yazın deyirdi, ideyalar verirdi. mən onun verdiyi bir ideyanı gerçəkləşdirəndə çox sevinmişdi...

Tofiq müəllimlə bağlı xatirələrim çoxdur, hamısını burda yazmaq istəmirəm. Yox, məni narahat edən xatirələr deyil, o xatirələrin hamısı xoş xatirələrdir. İndi Tofiq müəllimi xatırlayanda əvvəl-əvvəl gülümsəyirəm, amma sonra kədər bürüyür məni.

Xatirələrim çox olsa da, bizim tanışlığımızın yaşı çox deyildi. heyf ki, bu tanışlıq uzun çəkmədi...

Tofiq müəllimi son gördüyümdə gileyləndi ki, balıqdan zəhərlənib. Gözlərində qorxu gördüm gizlədim, hardansa hiss elədim ki, Tofiq müəllim yaxın zamanlarda dünyasını dəyişəcək. Xlll əsrdə yaşasaydım, bəlkə , məni bu intuisiyama görə çoxdan yandırmışdılar, amma indi buna görə 6 aydan çoxdur içim yanır...

Həmin gün axşamtərəfi işdən qayıdırdım. Oşonun kitabında oxuduğum fikir yadıma düşdü: valideynləri ona görə bağışlamaq lazımdır ki, onların səhvlərini təkrarlamayasan, onları bağışlamaqla, keçmişi unudub, yeni həyata başlamalısan. qəfildən Tofiq müəllimi, daha doğrusu, bir dəfə mənə dediyi bir sözü xatırladım: Tofiq müəllim onu dünyaya gətirdiklərinə görə ata-anasından gileyli idi, sanki içində onlara qarşı bir kin, nifrət var idi. Yolboyu istədim Tofiq müəllimə zəng edim deyim ki, valideynlərini bağışlasın, ömrünə az qalıb, qalan ömrünü sevgi dolu yaşasın. Amma ürək eləmədim. Axı, necə birdən-birə zəng edib 70 yaşlı kişiyə deyə bilərdim ki, ömrünə az qalıb, valideynlərini bağışla? Bu gülünc fikirləri sabaha saxladım. Üstəlik, bir yandan da onun içində kin qaldığına tam əmin deyildim...

Bol günəşli yaz günü idi. İşdəydim. Tofiq müəllimin verəcəyi səmimi salamı gözləyirdim ki, onunla ürəkaçan söhbət edim. Amma özü gəlmədi, əvəzində ölüm xəbər gəldi...

Dünən ona zəng eləmədiyimə görə peşman idim. Axı, mən Tofiq müəllimlə son dəfə danışa bilərdim, son dəfə səsini eşidərdim...

Yox, Tofiq müəllimin ürəyində kin, nifrət yox idi, indi mən buna daha çox əminəm. İnsanları bu cür sevən sevilən birinin qəlbində bir damla da olsun kin, nifrət ola bilməzdi. Həyat necə olur-olsun, insanlar necə olur-olsun, o hamını əyrisiylə-düzüylə sevirdi. Tofiq müəllim dünyadan köçü ilə sübut elədi ki, sevgiylə yaşayıb sevgiylə ölmək daha xoş, daha asandır.   

 





08.09.2014    çap et  çap et