525.Az

"Ermənistanın mina terroru vətəndaşlarımızın hüquqlarının tam təminatına mane olur" -  Ombudsman


 

"Ermənistanın mina terroru vətəndaşlarımızın hüquqlarının tam təminatına mane olur" - <b style="color:red"> Ombudsman</b>

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın mina terrorunun vətəndaşlarımızın hüquqlarının tam təminatına mane olduğunu bildirib.

525.az xəbər verir ki, bu barədə S.Əliyeva "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Füzulinin əhalisi işğaldan öncə 120 min olub, amma bu ərazilərdə ermənilər orada 90 min mina basdırıb: "Mən hələ sırf Füzulini misal çəkirəm. Halbuki digər ərazilərimizdə də bu cür mina terroru törədilib.Təbii ki, bu böyük ziyandır".

 





12.01.2024    çap et  çap et