525.Az

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 762 minə yaxınlaşıb


 

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 762 minə yaxınlaşıb<b style="color:red"></b>

Bu il yanvarın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ötən ilin əvvəli ilə müqayisədə 7 % çox – 761,7 min olub.

525.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunun 45,7 mini əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir. Bu isə ilin əvvəlinə nisbətən 14,4 % çoxdur.

Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 8,1 % artaraq 204,6 minə çatıb.

 





12.01.2024    çap et  çap et