525.Az

Sumqayıtda bank kartından 13 min manat oğurlayan şəxs saxlanılıb


 

Sumqayıtda bank kartından 13 min manat oğurlayan şəxs saxlanılıb<b style="color:red"></b>

Yanvarın 8-də Sumqayıt şəhəri ərazisində bir nəfərin bank hesabından 13.100 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.

525.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini Əsəd Abdullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

 





12.01.2024    çap et  çap et