525.Az

"Jurnalist Səbuhi Məmmədli reanimasiyaya yerləşdirilib, vəziyyəti kritik ağırdır" -  TƏBİB


 

"Jurnalist Səbuhi Məmmədli reanimasiyaya yerləşdirilib, vəziyyəti kritik ağırdır" - <b style="color:red"> TƏBİB</b>

Jurnalist Səbuhi Məmmədli bu gün saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

525.az "Report"a istinadən xəbər verir ki, qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd olunub ki, kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.

Qeyd edək ki, Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.

 





12.01.2024    çap et  çap et