525.Az

Anar Bağırov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb


 

Anar Bağırov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb<b style="color:red"></b>

Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi İbrahim Məmmədzadə ilə görüşüb.

Qurumdan 525.az-a verilən məlumata görə, görüşdə layihənin idarəçi rəhbərlərindən biri olan Anar Bağırov çıxışında İbrahim Məmmədzadəni müsabiqənin qalibləri sırasında yer alması münasibətilə təbrik edərək gələcək işlərində uğurlar arzulayıb, onun praktiki fəaliyyətə cəlb olunmaqla idarəçilik sahəsində təcrübəsinin artırılması üçün ARVK-nın zəruri dəstək göstəriləcəyini deyib.

Sədr birillik fərdi inkişaf planı əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, onunla təcrübəsini bölüşəcəyini, habelə öz potensialını üzə çıxarmasına kömək olacağını vurğulayıb.

Həmçinin Anar Bağırov vəkillik sahəsində son illərdə aparılan köklü islahatlardan və eyni zamanda innovasiyanın tətbiqi barədə görülən işlərdən danışıb.

Görüşdə çıxış edən İbrahim Məmmədzadə isə üçüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində ARVK-nın sədrinə yaradılan imkan və səmimi görüşə görə təşəkkürünü bildirib.

Sonda qalibə ARVK-nın fəaliyyətinə aid nəşrlər hədiyyə edilib.

 





12.01.2024    çap et  çap et