525.Az

Analoq yayımın nə vaxt dayandırılacağı hələ məlum deyil


 

Analoq yayımın nə vaxt dayandırılacağı hələ məlum deyil<b style="color:red"></b> “Milli Televiziya və Radio Şurasının qərarı olmadan analoq yayım dayandırıla bilməz”.
 
Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
 
N. Məhərrəmli bildirib ki, analoq yayımı dayandırmaq üçün qərarı MTRŞ verə bilər:
 
“Biz bildirəcəyik ki, televiziyalar analoq yayımı dayandırsınlar. Hələ ki, bu prosesin nə vaxt dayandırılacağı ilə bağlı konkret tarix bəlli deyil”.
 
MTRŞ sədri onu da əlavə edib ki, şura əhali üçün maksimum yaxşı şərait yaratmaqda maraqlıdır:
 
“Biz əhaliyə problemlər yox, əksinə rahat yayım xidmətləri göstərməkdə maraqlıyıq. Ona görə də analoq yayımın çox uzanması, ancaq əhaliyə köməkdir”.
 
Qeyd edək ki, hazırda respublika əhalisinin təqribən 98 faizi rəqəmsal televiziya siqnalı ilə əhatə olunub.
 





08.09.2014    çap et  çap et