525.Az

Yağıntılı hava şəraiti yanvarın 15-dək davam edəcək


 

Yağıntılı hava şəraiti yanvarın 15-dək davam edəcək<b style="color:red"></b>

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi 12-si axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, Bakıda və Abşeron yarımadasında səhər saatlarından yağış yağır, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

525.az xəbər verir ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-28 m/s-dək, Mingəçevirdə 25 m/s, Naftalanda 22 m/s, Goranboyda 19 m/s, Lerik, Tərtərdə 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Qar örtüyünün hündlüyü: Qaxda (Sarıbaş) 12 sm, Qrızda 10 sm, Göygöl, Şəkidə (Kişçay) 7 sm, Gədəbəydə 6 sm, Altıağacda 3 sm, Qubada 2 sm, Xaltan, Qusarda 1 sm olub.

Şahbuz, Balakən, Daşkəsən, Qəbələ, Göygöl, Şamaxı, Göyçay, Qrızda isə duman müşahidə olunub.

Ölkə ərazisində küləkli hava şəraiti yanvarın 14-dək, yağıntılı hava şəraiti isə 15-dək davam edəcək.

 





13.01.2024    çap et  çap et