525.Az

Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiriləcək


 

Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiriləcək<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

525.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “X”də yazıb.

O bildirib ki, toplantı bu gün yerli saatla 14:30-da İstanbuldakı Dolmabaxça sarayında baş tutacaq.

İclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər, baş qərargah rəisi Metin Güler, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın iştirak edəcəklər.

Toplantıda terrorla mübarizənin və digər cari məsələlərin müzakirə olunacağı gözlənilir.

 





13.01.2024    çap et  çap et