525.Az

Balakəndə qəza olub - 4 nəfər xəsarət alıb


 

Balakəndə qəza olub -<b style="color:red"> 4 nəfər xəsarət alıb</b>

Balakən rayonunun Talalar kəndi ərazisində Ruhin Varansovun idarə etdiyi “Ford” markalı avtomobil ilə Nurşad Məmmədovun sürücüsü olduğu “VAZ-2107” toqquşub.

525.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-2107”dəkı 4 sərnişin xəsarət alıb. Onlardan 3-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, 1984-cü il təvəllüdlü Nuranə Əhmədovanın isə müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır (APA).

 





13.01.2024    çap et  çap et