525.Az

Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub


 

Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub<b style="color:red"></b>

Azərbaycan Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub.

525.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Hidayət Ağanəcəf oğlu Əzimov müdafiə sənayesi nazirinin müavini təyin edilib.

Nazirliyinin mətbuat xidmətinin rəisi Yaşar İsakov APA-ya faktı təsdiqləyib.

Qeyd edək ki, Hidayət Ağanəcəf oğlu Əzimov 1985-ci ildə Bakı şəhərində anadan olub.

2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.

2005-2007-ci illərdə magistr dərəcəsinə yiyələnib.
2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib.

2007-2018-ci illərdə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb.

2018-2022-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit və konsaltinq şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.

2018-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 5 mart 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.

 





13.01.2024    çap et  çap et