525.Az

Bakıda qadının çantasından pul və bank kartları oğurlanıb


 

Bakıda qadının çantasından pul və bank kartları oğurlanıb<b style="color:red"></b>

Bakıda qadının çantasından pul və bank kartları oğurlanıb.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir qadının çantasından 685 manat, 1100 ABŞ dolları pul, sənədlər və bank kartlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nuran Sayadov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 





13.01.2024    çap et  çap et