525.Az

"Azərbaycanda şəffaflığın artırılmasında mühüm addımlar atılıb" -  Vahid Novruzov


 

"Azərbaycanda şəffaflığın artırılmasında mühüm addımlar atılıb" - <b style="color:red"> Vahid Novruzov</b>

"Son illər Azərbaycanda şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə və qanunun aliliyində mühüm addımlar atılıb".

525.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” forumunda çıxışı zamanı Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

Onun sözlərinə görə, Azərbaycan bütün sahələrdə öz inkişafını dünyaya sübut edir.

Vahid Novruzov onu da qeyd edib ki, bu il də ölkəmizi böyük uğurlar gözləyir: "Ötən ilin dekabrda ölkəmiz üçün çox tarixi hadisə baş verdi. Beləliklə, dünya ölkələri yekdilliklə COP-29 tədbirinin Azərbaycanda keçirilməsinə səs verdilər".

 





13.01.2024    çap et  çap et