525.Az

Gənc tədqiqatçılar LATEX proqramı üzrə seminarlara cəlb olunublar


 

Gənc tədqiqatçılar LATEX proqramı üzrə seminarlara cəlb olunublar<b style="color:red"></b>

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi  ilə “Gənc tədqiqatçılara LATEX proqramının öyrədilməsi” adlı layihə çərçivəsində Mingəçevir Dövlət Universitetində gənc tədqiqatçılar, doktorantlar, magistrlər və gənc müəllimlər üçün seminar keçirilib.

525.az xəbər verir ki, gənc elmi tədqiqatçılar LATEX proqramının imkanları barədə məlumatlandırılıb, iştirakçılara Latex proqramı və onun imkanları haqqında prezentasiyalar təqdim edilib və onlara bu sistemdən istifadə yolları öyrədilib. İştirakçılar Latex-dən istifadə etmək üçün müxtəlif mətn redaktorları - Overleaf, Texmaker, Texstudio, LyX, Authorea, TeXnicCenter, Texworks və s. barədə biliklər əldə ediblər. Eyni zamanda iştirakçılara Latex proqramının tətbiq sahələri və bunun əhəmiyyəti barədə iştirakçılar geniş praktiki bilik və bacarıqlara yiyələniblər.

Gənclər Fondunun gənclər təşkilatları iş şöbəsinin əməkdaşı Vüsal Əhmədov tədbirdə iştirak edib, Fondun fəaliyyəti barədə iştirakçılara məlumat vermiş və sualları cavablandırıb.

Seminarlarda iştirakçılara bukletlər paylanmış, sertifikatlar təqdim edilib. 

 





15.01.2024    çap et  çap et