525.Az

Azərbaycanda vergi daxilolmaları 4 faiz artıb


 

Azərbaycanda vergi daxilolmaları 4 faiz artıb<b style="color:red"></b>

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2022-ci il ilə müqayisədə 3,8 % çox - 16 milyard 126,7 milyon manat vəsait daxil olub.

525.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"O cümlədən, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 19,3 % artaraq 9 milyard 70,8 milyon manata çatıb", - deyə o qeyd edib.

"Ölkəmizin maliyyə dayanıqlığının təmin edilməsində vergilərin rolu ildən-ilə artır", - deyə nazir əlavə edib.

 





15.01.2024    çap et  çap et