525.Az

Mobil nömrələrin satışında yenilik ediləcək


 

Mobil nömrələrin satışında yenilik ediləcək<b style="color:red"></b> “Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar məlumatlarını “Elektron-hökumət” portalına daxil etməkdə maraqlıdır. Hazırda bununla bağlı Məlumat Hesablama Mərkəzi (MHM) ilə mobil operatorlar arasında danışıqlar gedir”.
 

525.az-ın məlumatına görə, bunu APA TV-də efir gedən “Sosium” verilişinin  qonağı olan MHM-nin direktoru Nail Mərdanov bildirib.
 
“Mobil nömrələrin satışı və sənədləşdirilməsi prosesi “Elektron hökumət” portalı üzərindən həyata keçiriləcək. Vətəndaşlar portala daxil olacaq və bu əməliyyatı onlayn şəkildə yerinə yetirə biləcəklər.

Məsələn, mobil operatorla müqavilə bağlamaq və ya mobil nömrə almaq üçün diller mərkəzinə yollanmağa ehtiyac qalmayacaq”, - deyə o qeyd edib.
 





08.09.2014    çap et  çap et