525.Az

Yaşıl dünya naminə həmrəylik ili - VİDEO


 

Yaşıl dünya naminə həmrəylik ili - <b style="color:red">VİDEO</b>

İqlim dəyişmələri hər zaman beynəlxalq təhlükəsizlik üçün təhdid yaradır. Bu da bütün dünya ölkələrini narahat edən əsas məsələlərdəndir. Eyni zamanda geopolitik problemlər, müharibələr dünyanın enerji təhlükəsizliyi sisteminə də ciddi təsir edir. 

Bu baxımdan 1995-ci ildən etibarən BMT-nin genişmiqyaslı tədbiri olan “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı” (Conference of the Parties, COP) hər il müxtəlif ölkələrdə keçirilir. 2023-cü ildə Dubayda keçirilən iqlim məsələlərinə həsr edilmiş yüksək statuslu dünya sammitinə cari il üçün ev sahibliyi Azərbaycana həvalə edilib. Bu da onun nəticəsidir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə hər zaman öz töhfəsini verir.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi sözügedən istiqamətdə qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır. 

Mövzü ilə bağlı “525-ci kanal” videomaterialı təqdim edir. 

Nigar Abbasova

 





15.01.2024    çap et  çap et