525.Az

"Burada qohumluq əlaqələrim olmalıdır" - Reynaldo Silva


 

"Burada qohumluq əlaqələrim olmalıdır" - Reynaldo Silva<b style="color:red"></b>

"Azərbaycan yığmasında oynamağım üçün problem yoxdur".
 
525.az-ın futbolpress.az saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın braziliyalı legioneri Reynaldo Silva bu gün AFFA-da keçirilən görüşdən sonra deyib.

Bu gün AFFA-da qurumun rəhbəri Elxan Məmmədov Reynaldo Silva ilə görüşərək ona millimizdə oynamaqla bağlı federasiyasının dəvətini çatdırıb.

Cənubi amerikalı futbolçu görüşlə bağlı əlavə olaraq bunları bildirib: "Təklifi müsbət qarşıladım. Mənimçün Azərbaycan yığmasında oynamaq maraqlıdır. Müxtəlif məsələlər müzakirə olundu, mənim üzərimə düşənlərə müsbət cavab verdim. Qalıb məsələnin hüquqi tərəfləri. O da AFFA-nın işidir".

Reynaldoya yığmada oynamağının nə qədər real olduğundan da danışıb: "Məncə, yalnız hüquqi məsələlərin həlli qalıb. Burda mənim 5 il yaşamağım və ya qohumluq əlaqələrinin olması və başqa məsələlər var. Bunlar mənim səlahiyyətimdə olan işlər deyil. AFFA bu barədə işlər həll olunandan sonra FİFA-ya müraciət edəcək. Hər şey ordan gələn cavabdan asılıdır".

 





08.09.2014    çap et  çap et