525.Az

Zaqatalada ana və üç yaşlı övladı itkin düşüb


 

Zaqatalada ana və üç yaşlı övladı itkin düşüb <b style="color:red"></b> Zaqatala rayonunda qadın üç yaşlı övladı ilə birgə itkin düşüb.

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Car kənd sakini Samirat Nurəddin qızı Qarayeva avqustun 14-də RPŞ-yə yazılı müraciət edərək bildirib ki, Çökək kəndində ərdə olan qızı - 1991-ci il təvəllüdlü Ruqiyyət Şaban qızı Quliyeva və onun azyaşlı övladı 2011-ci il təvəllüdlü Üneysət Rövşən qızı Quliyava avqust ayının 12-si tarixində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Avqustun 14-dən onların axtarışına başlanılıb. Hazırda axtarışlar davam etdirilir.

Samirat Qarayevanın APA-ya verdiyi məlumata görə, qızı ailə qurduqdan sonra əri Rövşən Quliyevlə birlikdə bir müddət Rusiya Federasiyasının Perm şəhərində yaşayıb. Hazırda R. Quliyev Permdə işləyir.
 





08.09.2014    çap et  çap et