525.Az

"Biləcəri Texniki Xidmət Məntəqəsində tüstülənmənin qarşısı alınıb" -  ADY


 

"Biləcəri Texniki Xidmət Məntəqəsində tüstülənmənin qarşısı alınıb" - <b style="color:red"> ADY</b>

Bu gün səhər saat 10:35-də "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Biləcəri Texniki Xidmət Məntəqəsinin dam örtüyündə tüstülənmə hadisəsi baş verib.

525.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, ADY-nin yanğınsöndürmə qatarı və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri dərhal hadisə yerinə cəlb edilib. Operativ tədbirlər nəticəsində tüstülənmənin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

 





16.01.2024    çap et  çap et