525.Az

Azərbaycanda informasiya və rabitə xidmətləri 20 dəfədən çox artıb


 

Azərbaycanda informasiya və rabitə xidmətləri 20 dəfədən çox artıb<b style="color:red"></b>

Azərbaycanda son 20 ildə informasiya və rabitə xidmətləri 20,7 dəfə artıb.

525.az xəbər verir ki, adıçəkilən xidmətlər sektorunda təkcə son 5 ildə 8,4 dəfəlik real artım qeydə alınıb.

Xatırladaq ki, hazırda Azərbaycan əhalisinin 85 %-i internetdən istifadə edir. 2003-cü ildə isə bu rəqəm 5 % idi. İnternet şəbəkəsində abonentlərin sayı 2005-ci ildə 400 min nəfər olubsa, 2022-ci ildə 8,3 milyon nəfərə çatıb.

Son 3 ildə Azərbaycanda 2 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb ki, bunun da 1,1 milyonu təkcə ötən ilin payında düşüb. Əgər 2017-2020-ci illərdə 227 min ev təsərrüfatı və biznes subyekti genişzolaqlı internetə çıxış əldə etmişdisə, 2021-2023-cü illərdə bu göstərici 1 milyon 689 min təşkil edib. Yəni əvvəlki 4 illə müqayisədə 7,4 dəfəlik artım qeydə alınıb.

 





16.01.2024    çap et  çap et