525.Az

Qusar sakini narkotikin qanunsuz dövriyyəsinə görə həbs edilib


 

Qusar sakini narkotikin qanunsuz dövriyyəsinə görə həbs edilib<b style="color:red"></b>

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Elvin Kərimov saxlanılıb.

Həmin şəxsin üzərindən 3,2 kiloqram narkotik vasitə olan marixuana və 300 qramdan artıq heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elvin Kərimovun barəsində həbs qətimkan tədbiri seçilib.

 





16.01.2024    çap et  çap et