525.Az

Azərbaycanın qeyri neft-qaz sektorunda sənaye istehsalı 8 faiz artıb


 

Azərbaycanın qeyri neft-qaz sektorunda sənaye istehsalı 8 faiz artıb<b style="color:red"></b>

Ötən il Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 66,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib, neft-qaz sektorunda məhsul istehsalı 2 % azalıb, qeyri neft-qaz sektorunda isə 8 % artıb.

525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sənaye məhsulunun 67,4 %-i mədənçıxarma sektorunda, 27,1 %-i emal sektorunda, 4,6 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 % azalıb, əmtəəlik qaz hasilatı isə 4,2 % artıb.

Emal sektorunda maşın və avadanlıqların istehsalı 77,7 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 65,6 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48,1 %, tikinti materiallarının istehsalı 31,8 %, hazır metal məmulatlarının istehsalı 30,1 %, içkilərin istehsalı 23 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 18,5 %, elektrik avadanlıqlarının istehsalı 16,2 %, tütün məmulatlarının istehsalı 12,8 %, kağız və karton istehsalı 12,3 %, mebel istehsalı 10,5 %, qida məhsullarının istehsalı 9,2 %, toxuculuq sənayesi məhsullarının istehsalı 8,8 %, neft məhsullarının istehsalı 7,3 %, kimya sənayesi məhsullarının istehsalı 6,9 %, poliqrafiya məhsullarının istehsalı 6,1 % artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2 %, sair nəqliyyat vasitələrinin istehsalı 4,1 %, əczaçılıq məhsullarının istehsalı 9,1 %, kompüter, elektron və optik məhsulların istehsalı 11,9 %, sair sənaye məhsullarının istehsalı 12,2 %, geyim istehsalı 15,2 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 16,1 %, metallurgiya sənayesi məhsullarının istehsalı 18,9 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,6 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,5 % artıb.

 





16.01.2024    çap et  çap et