525.Az

ADİU-ya yüksək balla qəbul olunan tələbələrin sayı artıb


 

ADİU-ya yüksək balla qəbul olunan tələbələrin sayı artıb<b style="color:red"></b> 2014/2015-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinə 3273 tələbə qəbul olunub.

525.az-ın ADİU-in ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, tələbələr arasında 12 nəfər 650-dən, 93 nəfər 600-dən, 669 nəfər isə 500-dən çox bal toplayıb.

Ən yüksək balla (680) Alıyev Emil Rizvan oğlu Maliyyə fakültəsinə qəbul olunub. Ümumiyyətlə, 650-dən yuxarı bal toplayan tələbələrdən 11 nəfəri Maliyyə fakültəsinə, 1 nəfəri isə Uçot iqtisad fakültəsinə qəbul olunub.

Yeni tədris ilində ADİU-nun magistratura şöbəsinə 524 nəfər daxil olub. Onlardan 5 nəfəri 120-dən, 138 nəfəri isə 100-dən çox bal toplayıb.

Qeyd edək ki, 2012/2013-cü tədris ilində ADİU-ya 3274 tələbə daxil olub. Onlardan 5 nəfəri 650-dən çox bal toplayıb. Ən yüksək bal toplayan tələbə 667 balla Maliyyə fakültəsinə qəbul olunub.
 





08.09.2014    çap et  çap et